AZ

Xalq artisti Sərdar Fərəcov xəstəxanadan evə buraxılıb

Xalq artisti Sərdar Fərəcov müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılıb.

Bu barədə APA-ya Xalq artistinin özü məlumat verib.

O bildirib ki, müalicəsi ev şəraitində davam etdiriləcək.

Qeyd edək ki, Sərdar Fərəcov sentyabrın 5-i sözügedən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. O, sentyabrın 12-i palataya köçürülüb.

Seçilən
14
10
apa.az

10Mənbələr