AZ

Elzaya şeir yazmaq qadağan edilir? Bilmirəm əsəbiləşim, ya ağlayım Qalmaqal

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Əməkdar artist Elza Seyidcahan və meyxanaçı Vüqar Əbdülov arasındakı qalmaqal yenidən gündəmə gəlib. Bəstəkar qarşı tərəfin barışıq təklifini qəbul etməyərək, onu təhqir etməkdə günahlandırıb. Qalmaqalın kökündə isə E.Seyidcahanın şeirlərinə edilən tənqid dayanır. Belə ki, meyxanaçı xanım bəstəkarın yazdığı şeirlərin uşaq tərbiyəsinə mənfi təsir etdiyini vurğulayıb. 

Baş verən qalmaqal fonunda kiməsə şeir səsləndirməyə və yazmağa qadağa qoyula bilərmi? Elza Seyidcahanın şeirləri meyxanaçı Vüqar Əbdülovun dediyi kimi uşaqların tərbiyəsini pozurmu?

Globalinfo.az-a danışan meyxanaçı Mehman Əhmədli Elza Seyidcahanın gözəl bəstəkar olduğunu qeyd edib:

“Onu bəstəkar kimi tanıyırıq, alqışlayırıq və gözəl musiqiləri ilə sevirik. Vüqar şair və meyxanaçıdır. Yəqin ki, Əbdülovun müəyyən şeirlərə münasibət bildirmək hüququ var, çünki o, həm şeirin, həm də meyxananın içində olan, nəyin yaxşı olub-olmadığını bilən sənətkardır. Elza xanım isə öz sahəsində daha yüksəkdədir və sənətində fərqlənir. Açığı, bəzi şeirləri eşidəndə bilmirəm əsəbiləşim, yoxsa gülüm. Hər bir halda buna qulaq asmamağa çalışıram. Məqsədim qalmaqal yaratmaq və ya kiminləsə mübahisə etmək deyil, neqativ halların baş verməsini istəmirəm”.

Mehman Muradlı

Meyxanaçının fikrincə, incəsənətin hər sahəsində müəyyən senzura olsa, bu, daha faydalı olar:

“Şeir yaza bilməyən yazmasın, yazırsa özü üçün yazsın, mahnı oxuya bilməyən oxumasın, meyxana deyə bilməyən deməsin. Əlbəttə, heç kimin qarşısını tam almaq mümkün deyil, amma senzura olsa, tamaşaçılar da bilər ki, bu şeirlər, mahnılar yalnız həmin şəxsin özü üçün hazırladıqlarıdır. Belə təqdimat daha düzgündür və incəsənət sahəsində keyfiyyəti qoruya bilər”.

Vəkil Ramil Süleymanov insanların ədəbi yaradıcılıq azadlığının mövcud olduğunu bildirib:

Ramil Süleymanov

“Qnunvericilikdə ədəbi yaradıcılığa hər hansı qadağa və ya məhdudiyyət nəzərdə tutulmayıb. Lakin bu, konkret şəxslərin hüquqlarını pozursa, o zaman məhkəmə mübahisəsi başladıla bilər. Əgər təhqir elementləri mövcuddursa, şəxslə bağlı məhkəməyə müraciət edilməsi və onun cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Bəzən erotik və pornoqrafik məzmunlu şeirlər yazılıb və cəmiyyət buna açıq olub. Bu baxımdan, Elza Seyidcahana belə bir qadağanın tətbiq olunması gözlənilmir”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
globalinfo.az

2Mənbələr