AZ

Türkiyə-Azərbaycan şəhidləri fotoguşəsi yaradılıb

Türkiyənin Lüleburqaz vilayətinin Evrensekiz qəsəbəsində Türkiyə-Azərbaycan şəhidlər guşəsinin açılış mərasimi olub. Qeyd edək ki, bu, Türkiyədə bir ilkdir.

Aktual.az xəbər verir ki,  Türkiyə Azərbaycan Şəhidləri guşəsi fotoqraf Burak Tunçkol və "Qaqani" ləqəbli məşhur azərbaycanlı döyüşçü Elçin Kazımovun töhfəsi ilə hazırlanıb.

Fotoqraf Burak Tunçkol eyni zamanda Azərbaycan haqqında yazıları ilə tanınır və  Azərbaycan xalqı tərəfindən sevilir.

Mərasimdə Azərbaycanın şəhidi Daşqın Şəfiyevin anası, şəhid Mirzə Axundunun həyat yoldaşı və qızı, şəhid Namiq Quliyevin atası,  Azərbaycan döyüşçüsü Elçin Kazımov, Lüleburqazlı şəhid ailələri, Şəhidlər Dərnəyinin prezidenti Mustafa Ərdən, Şəhid Süleyman Ərdən, Əhmədbəy qəsəbəsindən olan şəhid ailələri, Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli və Türkiyənin müxtəlif vilayətlərindən olan şəhid ailələri iştirak edib.

Qeyd edək ki, Türkiyə-Azərbaycan şəhidlər guşəsində 420 şəhidin fotoşəkili var. Fotosu olanlardan 210-u Azərbaycan şəhidi, digər 210-u isə Türkiyə Cümhuriyyətinin şəhididir.

Video Oynadıcı

 

 

Seçilən
11
1
ulusum.az

2Mənbələr