AZ

NATO Estoniyada təlim keçir

Bu barədə Estoniya Müdafiə Qüvvələrinin mətbuat xidmətiməlumatyayıb. Bildirilib ki, iki həftəlik təlimlərə Estoniya ilə yanaşı ABŞ, Britaniya, Fransa, Kanada və Latviyanın quru, hava və dəniz qoşunlarından təqribən 3000 hərbçi qoşulacaq.

Təlimlərdə əsasə əməliyyatlar ölkənin şimal, qərb və şərq hissələrində aparılacaq. Bu əməliyyatlar çərçivəsində NATO müttəfiqlərinin hərbçiləri bir sıra tapşırığı, o cümlədən qüvvələrin potensial münaqişə zonasına sürətli yerləşdirilməsini və təhlükəyə qarşı birgə cavab tədbirlərinin həyata keçirilməsini yerinə yetirəcəklər.

Təlimlərin yalnız müdafiə xarakteri daşıdığı vurğulanıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
7
azvision.az

1Mənbələr