AZ

Banklar zaminlik və girov şərtlərini çətinləşdirir? AÇIQLAMA

Tribuna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bizdə bu məsələ həmişə ikibaşlıdır. Biz bir dəfə şikayət edirik ki, banklar kredit vermir. Sonra durub deyirik ki, niyə zaminsiz, girovsuz kredit verirlər. O sahibkarın ki, biznesi illərdir inkişaf edir və güclüdür, ona elə zaminsiz, girovsuz da kredit vermək olar. Niyə yox?”

Bu sözləri “Yeni Sabah”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib. O, qeyd edib ki, banklar onsuz da girovsuz, zaminsiz kreditləri bir qayda olaraq, yaxınlarına verir:

“Banklar onsuz da girovsuz, zaminsiz kreditləri bir qayda olaraq, yaxınlarına verir. Yaxud elə adamlara verirlər ki, getsin və qayıtmasın. Onsuz da əhaliyə kredit əksər hallarda zamin və girovla verilir. Məsələn, mən o dəfə bildirmişdim ki, “Premium Bank” işsiz bir adama 2.5 milyon manat vermişdi. Aşkardır ki, burada pul oğurlanır. Amma sadəcə zaminin, girovun olması o demək deyil ki, sabah məhkəmə olmayacaq. Hətta tutaq ki, zamin var. Həmin zaminin bu gün pulu var, amma sabah ödəməyə gələndə zaminin özü də problem yaşaya bilər. Məhkəmə qərarları ona görə icrasız qalmayıb ki, banklar belə kreditlər verir. Ona görə qalıb ki, Azərbaycanda müflisləşmə institutu işləmir. Sivil ölkələrdə, vətəndaşın ödəmə qabiliyyəti yoxdursa, onu müflis elan edirlər və iş bağlanır. Bizdə isə xeyli vətəndaş var ki, ödəmə qabiliyyəti yoxdur, amma məhkəmə qərarlarının icrasını bağlamırlar. Gərək müflisləmə institutu işləsin”.

Hüquqşünas vurğulayıb ki, Mərkəzi Bank yenidən şərtləri yumşaltsa, yenidən korrupsiya və oğurluq başlayacaq:

“Bizdə bu məsələ həmişə ikibaşlıdır. Biz bir dəfə şikayət edirik ki, banklar kredit vermir. Sonra durub deyirik ki, niyə zaminsiz, girovsuz kredit verirlər. O sahibkarın ki, biznesi illərdir inkişaf edir və güclüdür, ona elə zaminsiz, girovsuz da kredit vermək olar. Niyə yox? Bizdə problem budur ki, Mərkəzi Bank yenidən şərtləri yumşaltsa, yenidən korrupsiya və oğurluq başlayacaq. Bizdə şəffaflıq yoxdur”.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında komitə sədri Zahid Oruc deyib ki, Nə qədər ki, bank sistemimiz bu faizlərlə və şərtlərlə çalışır, yəni əmlak, girov və maaş təminatı olmayan kreditlər verir, 340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz o sistemlə bağlıdır. O bildirib ki, bank sistemi bu cür yerinə yetirilməyən məhkəmə qərarı durumunu yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
tribunainfo.az

3Mənbələr