AZ

Abubakar İran klubuna keçir

"Hatayspor"dan ayrıldıqdan sonra azad agent statusunda olan Vensan Abubakarın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, kamerunlu hücumçu karyerasını İranda davam etdirəcək. Bu barədə "Actu Cameroun" nəşri məlumat yayıb.

"İstiqlal" Abubakarla razılıq əldə edib. 34 yaşlı forvard yaın günlərdə Pro Liqa klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Hatayspor" Vensan Abubakarı ötən ilin yayında "Beşiktaş"dann transfer etmişdi. Təcrübəli futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
12
1
sportal.az

2Mənbələr