AZ

“Rabitəbank” və "Kommersant.az" nələr baş verir?

Dövlət qurumları tərəfindən cərimələnən, sanksiya tətbiq edilən və ya cəzalandırılan şirkət və ya müəssisələr əsəbini məsələni işıqlandıran jurnalistlərin və ya media qurumlarının üstünə tökür. Öz işlərində təcrübəsizlikdən və ya bilərəkdən buraxdıqları səhvə görə cərimələnən şirkətlərin tək istəyi isə məsələnin ictimailəşməməsidir. Buna bir çox misal göstərmək mümkündür. Məsələn ötən ayın bu günü Azərbaycan Mərkəzi Bankı (qısaca - AMB) tərəfindən sanksiya tətbiq edilən “Rabitə Bank” da bu üsula əl atıb.

18.08.2025 tarixində Kommersant.az tərəfindən qələmə alınan “AMB “Rabitəbank”a 2 min manata yaxın maliyyə sanksiyası tətbiq etdi” yazısı da sözügedən bankın qəzəb və qərəzinə səbəb olub. Bu yazıya görə müəyyən şəxslər tərəfindən zənglər gəldi, xahişlər olundu və s. Xahişlərin məqsədi yazının silinməsi idi. Bunun mümkünsüz olduğunu anladıqdan sonra "ən azından yazının başlığından bankın adını silərək “Kommersiya Bankı” edin" fikirləri danışılmağa başlandı. Təbii ki, bu da mümkünsüzdür. Əlbəttə bu xahişi yerə salmayan həmkarlarımız da kifayət qədər oldu. Hörmətlə yanaşırıq, amma bizim iş prinsipimizdə "yazı silinməsi" yoxdur.

Mövqeyini qoruyan Kommersant.az-a daha sonra bank tərəfindən, özünü “Rabitə Bank”ın sözcüsü kimi tətbiq edib, amma soyadını bildirməyən Ayna xanım “Yazını silin, ya da başlığı dəyişin” yanaşmasına "Mümkün deyil. Rəsmi açıqlama göndərin" cavabına "Yazını təkzib edin. Açıqlama falan göndərmirik. Yoxsa sizi şikayət edəcəyik" tərzində cavab verdi. Ayna xanımın bizə zəngi normal idi, amma danışığı redaksiyada hamını təəccübləndirdi. Axı sözügedən yazının müəllifi biz yox, AMB idi. Dövlət qurumu “Rabitə Bank”a sanksiya tətbiq etdiyi barədə rəsmi saytında məlumat paylaşıb.

Bu yazını sözügedən bankın əməkdaşlarının da oxuyacağına əminik. Ona görə də onlara bildirmək istəyirik ki, Kommersant.az ən çox kompromisə gedən xəbər portalıdır. Ən azından zəng etdiyin media qurumunu öyrənmək, digər banklardakı həmkarlarınızdan soruşmaq və ya Azərbaycan Banklar Assosasiyasından (qısaca – ABA) haqqımızda məlumat alıb ona görə addım ata bilərdi. Əslində bizimlə anlaşmaq üçün üslub çox önəm daşıyır. "Təhdid dili" ilə danışmaq heç kimə baş ucalığı gətirməyib və gətirməyəcəyinə də əminik.

Uzun sözün qısası, bankın problem olaraq dəyərləndirdiyi yazıya görə, “Medianın İnkişafı Angentliyindən”dən zəng gəldi. Məsələni olduğu kimi onlara da bildirdik. İki tərəf arasında mübahisənin başlaması bizim gözümüzdə “AMB bizə sanksiya tətbiq edib, edib də, siz niyə yayırsınız ki?” təəssüratını yaradır.

Bu, Azərbaycanda ciddi məsələlərdən biridir. Belə düşüncə həmişə var olub və olacaq. Məsələn, illər öncə Türkiyənin Təhsil nazirliyi "Azərbaycanın hansı universitetlərinin diplomunu tanımırıq" adlı siyahı yaymışdı. Təbii olaraq biz bu yazını da saytımız vasitəsilə oxucularımıza təqdim etmişdik. O zaman da siyahı üzrə universitetlərin ictimaiyyətlə əlaqələr şöbəsindən müəyyən şəxslər zəng edərək xahiş edirdi ki, onların adını siyahıdan çıxardaq. Sanki biz siyahıda dəyişiklik etsək, Türkiyə tərəfi o universitetin diplomunu tanıyacaq. Əslində o təhsil müəssisələrinin bir məqsədi var idi ki, diplomlarının qonşu ölkələrdə tanınmamasını tələbələr və valideynlər bilməsin. Normal olaraq bu məsələ ilə bağlı bizə gələn zəngləri başa düşürdük, amma biz o zənglərin heç birini “Rabitə Bank” kimi yaymamışdıq. Çünki, tərəflər arasında çox incə və etik söhbət aparılmışdı. Heç kim qarşı tərəfin xətrinə dəyməmiş və təhdid etməmişdi. Hətta bəzi universitetlərin xahişi nəzərə alınaraq digər yazılarda onların xətrinə dəyəcək ifadələr və mövzulara toxunulmamışdı. İki tərəf arasında heç bir maddiyyat güdülmədən əməkdaşlıq başlamışdı. Lətifəsi bizdən uzaq, “Şirin dil ilanı yuvasından çıxarar” ata sözünü rəhbər tutmağın insan oğlunu ancaq irəli aparacağına inanırıq.

Kommersant.az Azərbaycanın bütün banklarının press-relizlərini, KSM layihələrini və s. təmənnasız təqdim edir və buna davam edəcək. Meydan sizindir, əziz bank əməkdaşları. Kapitalizmin xoş tərəfindən istifadə edərək deyirik ki, yaxşı olan qalib gəlsin. İnkişaf edin, xidmət səviyyənizi yüksəldin. “Rabitə Bank” isə ikitərəfli əlaqəlirini özü korlayır və biz buna görə məsuliyyət daşımırıq.

.news-tags {

padding-top: 10px;

}

.news-tags span {

display: inline-block;

border: 1px #999 solid;

border-radius: 3px;

padding: 0 10px;

cursor: pointer;

}

.news-tags span:hover {

background-color: #999;

color: #fff;

}

.news-tags span:hover a {

color: #fff;

}

rabitə bank

Bank

Seçilən
37
kommersant.az

1Mənbələr