AZ

“Delta Capital”, “Money Shop” və “Meta Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mərkəzi Bank “Delta Capital” MMC-yə “Money Shop” MMC-yə və “Meta-Kapital” MMC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumatlar yayıb.

Qeyd edilib ki, “Delta Capital” MMC tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Delta Capital” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.

“Money Shop” MMC tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Money Shop” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.

“Meta-Kapital” MMC tərəfindən 2025-ci ilin “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların gecikmə ilə təqdim edilməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Meta-Kapital” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
21
marja.az

10Mənbələr