AZ

TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək

Bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatınna sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, "Regional sülh və təhlükəsizlik” şüarı altında sammit olacaq.

Aktual.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.

"Keçiriləcək Sammit "Regional sülh və təhlükəsizlik” şüarı altında baş tutacaq. Bu, təsadüfi deyil, çünki bölgəmizin sabitliyi və təhlükəsizliyi bütün əməkdaşlıq təşəbbüslərimizin təməlini təşkil edir.

Qlobal və regional proseslərin gərginləşdiyi bir zamanda Türk Dövlətləri Təşkilatının vahid mövqedən çıxış etməsi, ortaq səylər göstərməsi xüsusi əhəmiyyət daşıyır. Birgə addımlarımız regionumuzda sülhün möhkəmlənməsinə, iqtisadi inkişafın sürətlənməsinə və xalqlarımızın rifahına xidmət edəcək”, - deyə Baş nazir qeyd edib.

Əli Əsədov sədrlik dövründə uğurlu fəaliyyətinə Qırğızıstana minnətdarlığımı bildirib: "Qırğızıstanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslər əməkdaşlığımızı möhkəmləndirib, qarşıdakı fəaliyyətimiz üçün möhkəm zəmin yaradıb. Xüsusilə bugünkü formatda görüşün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə Qırğızıstan Nazirlər Kabinetinin sədri cənab Adılbek Kasımaliyevə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycanın sədrlik dönəmi də təşkilatımızın daha da möhkəmlənməsinə, əməkdaşlığımızın dərinləşməsinə və yeni uğurlar qazanmasına xidmət edəcək”.

Seçilən
58
10
ulusum.az

10Mənbələr