Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq.) hindistanlı Anil Mora tam üstünlüklə (8:0) qalib gələrək 1/4 finala yüksəlib.
77 kq. çəki dərəcəsində Sənan Süleymanov isveçli Per Olofssonu 5:0 hesabı ilə məğlub edib. Güləşçimiz 1/8 finalda çinli Çunyanq Pana tam üstünlüklə (8:0) qalib gələrək adını 1/4 finala yazdırıb.
Qurban Qurbanov (82 kq.) qətərli Şahin Badağimofrada ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə yapon Taizo Yoşida ilə qarşılaşıb və rəqibinə uduzub.
Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Razmik Kurdyana (Ermənistan) uduzub.