AZ

Slovakiya Trampın sözlərini əhəmiyyətsiz sayıb

Slovakiyanın İqtisadiyyat naziri Denisa Sakova ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinin Rusiyadan neft və təbii qaz almasını dayandırması çağırışına “əlverişli şərait” yaradılana qədər əməl etməyəcəklərini bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə "Trthaber" məlumat yayıb.

"Rusiya əleyhinə öhdəlik götürməzdən əvvəl müvafiq şərtlər yerinə yetirilməlidir. Əks halda sənayemizə və iqtisadiyyatımıza ciddi ziyan vurmaq riski ilə üzləşirik",- Sakarova deyib.

İlahə QənbərliMissiya.Az

Seçilən
17
1
missiya.az

2Mənbələr