ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Rusiyanın Zabaykalye diyarında içərisində doqquz geoloqun olduğu xüsusi təyinatlı çoxfunksiyalı nəqliyyat vasitəsinin ("vezdexod") batdığı göldən yeni görüntülər yayılıb.
Avtosfer.az bu barədə REN TV-yə istinadla xəbər verir.
Bildirilir ki, hazırda xilasedicilər ağır texnikanın köməyi ilə batmış "vezdexod"u göldən çıxarmağa çalışırlar.
Artıq hadisə zamanı həlak olanların hamısının cəsədi tapılaraq sudan çıxarılıb. Onlardan üçü sentyabrın 17-də, digər ikisi isə 18-də sahilə gətirilib. Meyitlər tanınma üçün mərkəzi rayon xəstəxanasına göndərilib.
Xatırladaq ki, sentyabrın 15-də Kalar rayonunun Amudisa gölündə baş verən qəza nəticəsində doqquz geoloqdan yalnız dördü sağ qurtula bilmişdi. Prokurorluq hadisədən sonra işçi təhlükəsizliyi və yol hərəkəti qaydalarına riayət edilib-edilməməsini araşdırmaq üçün yoxlama başladıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.