AZ

“Trampın administrasiyası Ukraynanı gündəmdən çıxarmaq istəyir” - Lavrov

“ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə əlaqələri yaxşılaşdırmaq üçün Ukraynanı gündəmdən çıxarmaq istəyir“.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Mənim fikrim budur ki, Tramp administrasiyası məhz ABŞ-nin sabiq Prezidenti Co Bayden tərəfindən süni şəkildə yaradılan gərginliyi, o cümlədən normal əməkdaşlığa maneələri aradan qaldırmaq üçün Ukraynanı gündəmdən çıxarmaq istəyir”, - deyə siyasətçi vurğulayıb.

Lavrov qeyd edib ki, Amerikanın hazırkı hakimiyyəti iqtisadi məsələlərin həllinə çox unikal yanaşmaya malikdir, ona görə də ikitərəfli əlaqələrin qurulması çətin ola bilər.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
12
1
missiya.az

2Mənbələr