AZ

Sənətşünas müğənninin “Əsr türkün əsridir” layihəsi

Əməkdar artist, Opera və Balet Teatrının solisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülüstan Əliyeva türkçülüyə həsr olunan “Əsr türkün əsridir” layihəsini təqdim edib. Məfkurəvi mahnıda  Türk xalqlarının birliyi, tarixi, mədəni bağlılığı tərənnüm olunur. 

Azərbaycan dili ilə yanaşı , mahnının bəzi bəndləri qazax, qırğız, özbək, türkmən dillərində oxunub. Mətndə türk xalqlarının qəhrəmanlarının da adları çəkilir. Mahnının ərsəyə gəlməsində Türk xalqlarına məxsus qədim musiqi alətlərindən, rəqslərdən, şamanizmi təcəssüm etdirən qavaldan istifadə olunub. Klipdə çəkilən bütün kadrlar, hətta xüsusi hazırlanmış geyimlər türkçülüyü  əks etdirir. Orxon - Yenisey, Göytürk , şamanizm elementərilə hazırlanmış geyimlər Azərbaycanın təkəlduz sənətinə aiddir. 

Kompazisiyanın musiqisi Qoçaq Əsgərova, aranjimanı “Ethno Class” orkestrının rəhbəri, pianoçu Tural Məmmədliyə, sözləri professor Mahirə Nağıqızıya məxsusdur. Klip “AS” prodakşnda hazırlanıb. Layihənin rəhbəri tanınmış telejurnalist Səidə İbrahimli, rejissoru Faiq Əliyevdir. Rəqslərə quruluşu xoreoqraf Aslana Əliyeva verib. Kompazisiyanın sözlərini türk xalqlarının dillərinə türkoloq Yeganə Aslanova tərcümə edib.

XQ                                                                                                              

Seçilən
16
xalqqazeti.az

1Mənbələr