Azərbaycanda "Bədən tərbiyəsi və idman haqqında" yeni qanun layihəsi hazırlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
O qeyd edib ki, layihə artıq yekunlaşdırılıb:
"Gənclər və İdman Nazirliyi ilə birgə hazırlanan bu qanun layihəsinin yaxın günlərdə Milli Məclisdə müzakirəsinin şahidi olacağıq".