AZ

İlin son günəş tutulması bu tarixdə yaşanacaq - Ay Günəşin 85%-ni örtəcək

İlin son günəş tutulmasına artıq sayılı günlər qalıb. Bu zaman Yer kürəsinin cənubu diqqət mərkəzində olacaq. İlin dördüncü və son tutulması yaşanacaq.

Far.Az xəbər verir ki, 3 gün sonra, yəni sentyabrın 21-də ilin son günəş tutulması yaşanacaq. Bu tutulma çox aydın şəkildə Antarktida, Yeni Zelandiya ve Sakit Okeanın cənub hissəsindəki adalardan görünəcək.

Türkiyə və Avropa ölkələrində isə tutulmz görünməyəcək. Astronomik məlumatlara görə tutulma yerli vaxtla 18:30-da başlayacaq, 21:54-də isə yekunlaşacaq.

Bu müddətdə Ay Günəşin üzünü 85 faiz örtəcək. Bu tutulma fotoqrflar üçün mühüm fürsət olacaq.

Seçilən
22
1
far.az

2Mənbələr