AZ

Roma Papası LGBT və kilsə münasibətləri barədə qərarını açıqladı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Roma Papası XIV Leo evlilik doktrinasını dəyişməyəcəyini açıqlayıb.

Oxu.Az "France24"ə istinadla xəbər verir ki, o, katolik kilsəsinin eynicinsli nikahlar və qadın-dyakonlarla bağlı mövqeyinin sabit qalacağını bəyan edib.

XIV Leo bəzi dairələrin kilsə doktrinalarının dəyişdirilməsini tələb etdiyini etiraf edib. O, sələfi Papa Fransiskin hər kəsi qəbul etmək mövqeyini bölüşdüyünü deyib. Əlavə edib ki, kilsəyə yalnız müəyyən kateqoriyadan olan insanları deyil, hamını dəvət edir.

Hazırkı pontifik bildirib ki, yaxın gələcəkdə kilsənin doktrinasında cinsi oriyentasiya və nikahla bağlı dəyişiklik gözlənilmir:

"Düşünürəm ki, kilsənin doktrinası olduğu kimi qalacaq".

Xatırladaq ki, Papa Fransisk fövqəladə hallarda eynicinsli nikahların xeyir-duasına icazə vermişdi. Bu qərar konservativ dairələrdə, xüsusən Afrikada və ABŞ-də mənfi reaksiyaya səbəb olmuşdu.

XIV Leo isə münaqişələri qızışdırmaq istəmədiyini, yalnız ata, ana və uşaqlardan ibarət ənənəvi ailələri dəstəklədiyini bildirib.

Onun sələfi Fransisk transgender keçidə, surroqat analığa və LGBT nümayəndələrinin təqibinə qarşı çıxaraq, insanların yalnız cinsi oriyentasiyasına görə həbs edilməsi, işgəncəyə məruz qalması və ya hüquqlardan məhrum edilməsini insan ləyaqətinə zidd adlandırmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
oxu.az

2Mənbələr