AZ

Beyləqandakı qəzada ölən vəzifəli şəxsin məzarı - FOTO

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Beyləqanda 1 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş vermişdi.

News24.az-ın məlumatına görə, "Lexus" və "BMW" markalı avtomobillərin toqquşması zamanı ölən şəxs, BMW-nin sürücüsü polis baş leytenantı Rəşad Hacıyev  Beyləqan Rayon Polis Şöbəsində Dövlət Yol Polisi Bölmesinin İnzibati Təcrübə üzrə baş inspektoru vəzifəsində çalışırmış.

Qəza zamanı rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimli Yusif Fəttullah oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, Rəşad Hacıyev Beyləqan rayonunda dəfn olunub.


Seçilən
78
13
news24.az

10Mənbələr