AZ

Corc Rassell Bakıda mətbuat konfransına gəlmədi

"Mercedes"in britaniyalı pilotu Corc Rassell sağlamlıq problemləri səbəbindən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin startı öncəsi bugünkü mətbuat konfransını buraxıb.


Manset.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti narahatlığın səbəbləri ilə bağlı təfərrüat vermədən məlumat yayıb.

"Təəssüf ki, Corc bu gün trekdə olmayacaq. Çünki o, özünü pis hiss edir və sabahkı yarışlar öncəsi istirahət edir", - məlumatda bildirilib.

FIA mətbuat konfransında onu komanda yoldaşı Andrea Kimi Antonelli əvəz edib.

"Mercedes" komandası ümid edir ki, 27 yaşlı C.Rassellin səhhəti yaxşılaşacaq və yarışda komandanı uğurla təmsil edə biləcək.

Hazırda C.Rassell "Formula 1" pilotlarının sıralamasında 4-cü, "Mercedes" isə Konstruktorlar Kubokunda 3-cü pillədə qərarlaşıb.

Britaniyalı yarışlarda iştirak edə bilməsə, onu "Mercedes"in üçüncü pilotu Valtteri Bottas əvəz edəcək. Pilot artıq 2026-cı il üçün "Cadillac" ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında təşkil olunacaq.

Seçilən
3
manset.az

1Mənbələr