AZ

Türkmənistanda 45 ölkənin iştirakı ilə forum keçirilir

BAKI, 18 sentyabr. TELEQRAF

Türkmənistanın Avaza şəhərində Beynəlxalq İnvestisiya Forumu (TIF2025) keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Beynəlxalq İnformasiya Mərkəzi məlumat yayıb.

Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Məmmətqulu Astanaqulov Prezident Sərdar Berdiməhəmmədovun tədbir iştirakçılarına müraciətini oxuyub.

Forumda 45 ölkədən 800-dən çox nümayəndə, o cümlədən yüksək səviyyəli hökumət rəsmiləri, qlobal biznes liderləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

İki gün davam edəcək forum çərçivəsində iştirakçılara Türkmənistanda enerji, infrastruktur, logistika, maliyyə və innovasiya sahələrində investisiya layihələri təqdim olunacaq.

Seçilən
12
teleqraf.com

1Mənbələr