AZ

Daha bir qəsəbədə qaz olmayacaq - XƏBƏRDARLIQ

Şağan qəsəbəsinə təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə Azəriqaz İB məlumat yayıb.

Bildirilib ki, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 19.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

"Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq",- əlavə edilib.

Milli.Az

Seçilən
6
30
milli.az

10Mənbələr