AZ

Azərbaycan hərbi xərclərini niyə artırmaq istəyir?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycan 2026‑cı ildə müdafiə və təhlükəsizlik sahəsinə 8 milyard 700 milyondan çox vəsait ayırmağa hazırlaşır.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Bu, dövlət büdcəsi xərclərinin 21 faizi deməkdir, rəqəmi Maliyyə Nazirliyi açıqlayıb.

Əgər büdcə qəbul olunarkən hərbi xərclərdə dəyişiklik edilməzsə, bu, son illər ərzində Azərbaycanın tarixində müdafiə və milli təhlükəsizlik" sahəsinə ayrılan ən yüksək məbləğ olacaq.

Nazirliyin proqnozlarına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri:

Hətta Ermənistanla müharibə şəraitində olduğu illərdə belə, Azərbaycanın müdafiə və milli təhlükəsizlik" xərcləri ümumi xərclərin 14-16 faizi səviyyəsində olub.

İlk dəfə olaraq, 2025-ci ildə bu göstərici 20 faizi keçib.

Siyasi təhlilçi Fərhad Məmmədov BBC-yə bildirib ki, artıq Azərbaycana qarşı təhdidlər Cənubi Qafqaz regionu daxilində deyil, daha geniş coğrafiyada formalaşır:

"Şimalımızda Rusiya müharibə aparır, cənubda isə İran. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda nə Gürcüstan, nə də Ermənistan güclü hərbi qüvvələrə malikdir. Belə olan halda Azərbaycanın hərbi qüvvələri həm də regional təhlükəsizlik qarantı kimi çıxış edir", - Fərhad Məmmədov deyib.

O deyib ki, "Bu isə böyük maliyyə vəsaitlərinin ayrılmasını, regional enerji və nəqliyyat layihələrinin təhlükəsizliyinin təmin olunmasını və ümumilikdə regionun müstəqil fəaliyyət göstərməsi üçün vacib şərtləri diktə edir".

Təhlilçinin sözlərinə görə, Azərbaycan ordusunun bəzi istiqamətlərdə yenilənməsinə və silah sistemlərinin müasirləşdirilməsinə ehtiyac var.

Xüsusilə hərbi hava qüvvələri və havadan müdafiə sistemləri olduqca böyük maliyyə resursu tələb edir, - Fərhad Məmmədov deyir.

O əlavə edib ki, bu sahədə Azərbaycan İsrail, Pakistan və Türkiyə kimi ölkələrdən silah tədarükü həyata keçirir.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
18
bbc.com

1Mənbələr