AZ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti "İsfa" MMC ilə Şahdağ Qusar Futbol Klubu arasında sentyabrın 18-də tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Marja xəbər verir ki, sənədi "İsfa" MMC-nin direktoru Samir Xeyirbəyov və Şahdağ Qusar Futbol Klubunun prezidenti Rahid Əmirquliyev imzalayıblar.

Müqavilənin müddəti 1 ildir.

Bu əməkdaşlıq hər iki təşkilata gələcəkdə inkişaf yolunda böyük təkan olacaq.

Əməkdaşlıq çərçivəsində klubun oyunlarında "İsfa" MMC-nin reklam materialları yerləşdiriləcək və komanda futboçularının geyimində şirətin adı yazılacaq.

Qeyd edək ki, "İsfa" MMC 2015-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət innovativ damlama-suvarma və yağmurlama sistemlərinin satışı və quraşdırılması, meyvə tinglərinin istehsalı və satışı, intensiv bağların salınması və aqro-texniki xidmətlərlə məşğuldur. Damlama-suvarma sistemləri, gübrələr, kənd təsərrüfatı texnikaları və avadanlıqlar şirkətin əsas xidmətlərinə daxildir. "İsfa" MMC Yevlax Pilot Aqropark layihəsinin rezidenti olaraq bağçılıq işləri və ixrac yönümlü layihələr həyata keçirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
3
marja.az

4Mənbələr