AZ

Avropa İttifaqı Cənubi Qafqazda sülh prosesində iştirak etməyə hazırdır

Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr müzakirə olunub.

Musavat.com xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos özünün “X” hesabında məlumat verib.

“Bu gün Bakıda Prezident İlham Əliyevlə məhsuldar və açıq müzakirələr apardıq. Xüsusilə konnektivlik olmaqla, qarşılıqlı əlaqələr barədə fikir mübadiləsi apardıq. Mən həm də Vaşinqtonda sülh razılaşmasının paraflanmasına görə Prezidenti təbrik etdim. Avropa İttifaqı regionda davamlı sülhü dəstəkləyir və bu prosesdə iştirak etməyə hazırdır”,- Marta Kos qeyd edib.

Seçilən
23
6
musavat.com

7Mənbələr