AZ

Rusiya yaşayış binalarını BOMBALADI - Ölənlər var

Bu gün səhər saat 10:00 radələrində rus ordusu Donetsk vilayətinin Kostyantynivka şəhərinə hava zərbəsi endirib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, hadisə nəticəsində 5 dinc sakin, iki qadın (62 və 65 yaş) və üç kişi (65, 67 və 74 yaş) həlak olub.

Donetsk vilayət polisi bildirib ki, düşmənin atdığı 250 kiloqramlıq hava bombası 4 yaşayış binasına ciddi ziyan vurub.

Donetsk Xüsusi Əməliyyat Qüvvələrinin rəhbəri Vadim Filaşkin insanları təxliyə etməyə çağıraraq bildirib ki, vilayətdə hər bir mülki şəxs Rusiyanın növbəti hücumunun potensial qurbanı ola bilər.

Musavat.com

Seçilən
11
1
musavat.com

2Mənbələr