AZ

Nazirliyin plastik cərrahlar siyahısında olmayan Dilqəm Məhərrəmov imtahan verdi

Azərbaycan Tibb Universitetində (ATU) əcnəbi vətəndaşlar üçün rezidentura pilləsinə qəbul imtahanı təşkil olunub.

Müxtəlif ixtisaslar üzrə ümumilikdə 41 namizəd sənəd təqdim edib. Onlar əvvəlcə Azərbaycan dili biliklərini yoxlamaq üçün test imtahanında iştirak ediblər, daha sonra isə professor-müəllim heyətinin iştirakı ilə müsahibədən keçiblər.

Musavat.com xəbər verir ki, imtahan iştirakçıları arasında tanınmış həkim Dilqəm Məhərrəmov da olub. O, imtahana Gürcüstan vətəndaşı kimi qatılıb.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısında Məhərrəmovun adı yer almayıb.

Həkim mövzu ilə bağlı mətbuata açıqlamasında qərarı gözlənilməz adlandırmışdı:

"Mən gözümü açandan plastik cərrahiyyə ilə məşğulam. Dünya Plastik Cərrahiyyə Cəmiyyətinin tanıdığı cərraham. Siyahıda adımın olmaması məni təəccübləndirdi. Sonradan bizə dedilər ki, bu, ilkin siyahıdır və araşdırmalar davam edir. Yəni siyahı yenilənəcək".

Lakin sonrakı dövrdə də onun adı həmin siyahıya əlavə edilməyib.

Qeyd edək ki, Dilqəm Məhərrəmov 2002-2003-cü illərdə ATU-da cərrahiyyə üzrə internaturanı, 2004-2007-ci illərdə isə akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində aspiranturanı bitirib. Daha sonra 5 illik doktorantura təhsili alıb, paralel olaraq isə Alma-Atı şəhərində yerləşən Sızqanov adına Milli Elmi Cərrahiyyə Mərkəzinin Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə şöbəsində təhsilini davam etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
1
olaylar.az

10Mənbələr