AZ

Vətən müharibəsindən indiyədək 227 min ha ərazi minalardan təmizlənib

Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti üzrə komissarı Marta Kos azad edilmiş ərazilərdə 2020-2025-ci illərdə aparılmış minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ANAMA əməkdaşı tərəfindən xanım komissarın diqqətinə çatdırılıb ki, 2020-ci ilin noyabr ayından 2025-ci ilin sentyabrın 17-dək Qarabağda və Şərqi Zəngəzurda aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 227 min 713,3 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib.

Qeyd edilib ki, 38 min 600 ədəd piyada əleyhinə mina, 22 min 192 ədəd tank əleyhinə mina və 148 min 376 ədəd partlamamış hərbi sursat (PHS) olmaqla, ümumilikdə 209 min 168 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.

Həmçinin qonağın diqqətinə çatdırılıb ki, təmizləmə əməliyyatları əllə minaaxtarma, xüsusi təyinatlı mexaniki maşınların, minaaxtaran itlərin dəstəyi ilə icra edilir.

Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti üzrə komissarı sonra ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsini izləyib.

Seçilən
11
5
apa.az

6Mənbələr