AZ

Abşeron rayonunun sahibkarları ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilərayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Dövlət Suverenliyi Günü münasibətilə təşkil olunmuş budəfəkigörüşdə sənaye, tikinti, kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq,ictimai iaşə və s. sektorlarda fəaliyyət göstərən 140-a yaxınsahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələriiştirak ediblər.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı AbdinFərzəliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovsahibkarlıq fəaliyyətinin genişləndirilməsi və əlverişli biznesmühitin yaradılması üçün dövlətin dəstək alətləri, eləcə də rayonuniqtisadi potensialı və mövcud imkanlardan istifadə olunmaqla yenibizneslərin yaradılması, investisiya qoyuluşu üçün perspektivlərbarədə məlumat veriblər. Bildirilib ki, Abşeron rayonu müxtəlifbiznes sahələri üzrə böyük potensiala malikdir. Abşerondasahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər xidmət vətikinti sektorunda investisiya imkanlarını dəyərləndirə bilərlər.Rayonda ictimai iaşə, logistika, təhsil və səhiyyə xidmətlərinintəşkili üçün potensial genişdir. Xüsusilə də innovativ yanaşmalartətbiq etməklə məhsul və xidmət çeşidini artırmaq olar. Dövləttərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər, vergigüzəştləri, investisiya təşviqi sənədi, klasterləşməyə dəstək vədigər mexanizmlər rayonda fəaliyyət göstərən sahibkarlar və biznesəbaşlayanlar üçün əhəmiyyətli imkanlar yaradır. Yeni biznesideyaları və investisiya təşəbbüsləri olan sahibkarlar KOBİA-nındəstək mexanizmlərindən də faydalana bilərlər.

Görüşdə torpaqların təyinatının dəyişdirilməsi, işğaldan azadolunmuş ərazilərdə inkluziv tədris mərkəzinin yaradılmasına,⁠xarici bazarlara və ticarət şəbəkələrinə çıxışa dəstək, ⁠güzəştlikreditlər, sahibkarlıq fəaliyyətinin sənədləşdirilməsi, müxtəlifinfrastruktur və kommunal xidmətlərlə bağlı məsələlər müzakirəedilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib,sualları cavablandırılıb.

Abşeron rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri “ZəhmətRuzi” MMC-nin ət və süd məhsulları istehsalı müəssisəsini ziyarətediblər. İstehsal prosesi ilə tanışlıq zamanı müəssisənin gələcəkplanlarının reallaşdırılması üçün dövlət dəstəyi barədə fikirmübadiləsi aparılıb. Qeyd edək ki, müəssisə KOBİA-nın müxtəlifdəstək alətlərindən, o cümlədən satış imkanlarınıngenişləndirilməsi mexanizmindən istifadə edib.

Abşeron
Abşeron
Abşeron
Məqalədə:
Seçilən
20
8
az.trend.az

10Mənbələr