ain.az bildirir, Avtosfer portalına istinadən.
Bərdə rayonunda gənclər özlərini təhlükəyə ataraq törətdikləri əməli videoya çəkiblər.
Avtosfer.az-ın məlumatına görə, hadisə günorta saatlarında qeydə alınıb. Belə ki, 77-LA-511 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü və sərnişin qismində olan dostları maşını dəmir yolunun üzərində saxlayıblar. Adrenalin həvəskarı olan gənclər uzun müddət dəmir yolunda dayanaraq qatarın gəlməsini gözləyib və bu anı videoya almağa çalışıblar.
Videodan da göründüyü kimi, dəmir yolunun hərəkət zolağı avtomobilin dayanması üçün nəzərdə tutulmayıb. Bu cür məsuliyyətsiz davranış həm sürücülərin, həm də sərnişinlərin həyatını ciddi risk altına salır.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna görə, dəmir yolu keçidlərində dayanmaq qəti qadağandır. Qatarın hərəkəti zamanı saniyələrin belə həyati önəm daşıdığı halda, bu qayda pozuntusu faciə ilə nəticələnə bilər.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.