AZ

Mabel Matizi həbs etmək istəyirlər — DETALLAR

Mabel Matizin “Perperişan” mahnısına Ailə və Sosial Xidmətlər Nazirliyinin müraciətindən sonra “ictimai qaydaya və ailə quruluşuna zidd” olduğu əsas gətirilərək qadağan edilməsi bildirilib.

Tribunainfo.az xəbər verir ki, BBP lideri Mustafa Destici isə Matizin həbs edilməsini əsas gətirərək, ağır sözlərlə onu hədəf alıb.

Matiz, mahnısının yanlış şərh edildiyini bildirib.

Qərarın ardınca müzakirələr qızışarkən, Böyük Birlik Partiyasının (GUP) sədri Mustafa Destici Mabel Matizi sərt tənqid edib. Destici qeyd edib ki, “Matiz adlı klounun son mahnısı çirkin təbliğat vasitəsinə çevrilib. LGBT-ni təbliğ edən, sənət adı ilə maskalanan istənilən məzmun dərhal bloklanmalı, buna şərait yaradan müğənnilər, sənətçilər və hər hansı klounlar həbs edilməli və mənəvi terrorçu kimi cəzalandırılmalıdır”.

Dəniz Pənahova

Seçilən
10
1
tribunainfo.az

2Mənbələr