AZ

Ntqi gecikən uşaqlarda ilk addım: həkim, yoxsa psixoloq?

Ən son araşdırmalar göstərir ki, son illərdə 2-3 yaşlı uşaqlarda nitq ləngiməsi halları artmaqdadır. Valideynlər arasında bu mövzuda narahatlıq və suallar daha çox gündəmə gəlir.

AzEdu.az-a mövzu ilə bağlı pediatr Günay Rəsulova danışıb.

O qeyd edib ki, nitqi gecikən uşaq üçün bağçada sosiallaşma çox faydalıdır:

"Övladınız 2 yaşındadır və hələ heç bir söz demir, 2,5 yaşındadır və 2 sözlü sadə cümlə qurmur, adına baxmır, sadə əmrləri (qapını ört, topu at) icra etmirsə, gözləmək olmaz. Nitqi gecikən uşağın eşitməsi normal görünə bilər, lakin mütləq eşitmə testi edilməlidir.

Uşaq danışmırsa və nitqi gecikirsə, əvvəlcə həkimə müraciət edin. Həkim sizi düzgün yönəldəcək və bildirəcək ki, artıq müalicə və ya reabilitasiya almalısınız, yoxsa gözləyə bilərsiniz. Birbaşa psixoloq və ya loqopedə getməyin; öncə həkim baxsın. Nitqi gecikən uşaqlar üçün sosiallaşma - bağça çox faydalıdır. Rutin peyvəndlərini, əlavə qrip peyvəndini də etdirərək uşağı bağçaya göndərə bilərsiniz.

3 yaşa qədər uşaqlarda nitq ləngiməsinə səbəb ola biləcəyi üçün telefon qəti verməyin və TV baxmağa qoymayın. Uşaqla bir dildə danışın. Dil açma dövründə onunla çoxlu söhbət edin, şəkilli kitablarla gördüklərini izah edin. Uşaqla uşaq dilində danışmayın; istədiklərini anlasanız belə, onun özünü ifadə etməyə çalışmasına fürsət tanıyın".

Seçilən
9
azedu.az

1Mənbələr