Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Aznur” komandası növbəti oyununa çıxıb.
Gundem.az xəbər verir ki, G qrupunda yer alan kollektiv İspaniyanın “Ovyedo” klubu ilə qarşılaşıb. Görüş təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəcəb Fərəczadənin başçılıq etdiyi komanda ötən gün "Hoverla Zak Praqa" (Çexiya) ilə heç-heçə edib – 1:1.