AZ

"BOA Agency"nin səhmdarlarının yığıncağının gündəliyi genişləndirilib

Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC-nin səhmdarlarının oktyabrın 6-sı, saat 11:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyi genişləndirilib.

FED.az xəbər verir ki, yığıncaqda "Digər məsələlər" kimi həmçinin ASC "Xalq" Bankı ilə bərpa olunan kredit xətti müqaviləsi bağlanması müzakirə ediləcək.

Qeyd edək ki, daha öncə yığıncaqda 2025-cü ilin 3-cü rübünün maliyyə nəticələrinin müzakirəsi və dividentlərin verilməsi məsələsinə baxılması da daxildir.

Yığıncaq Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) ünvanında baş tutacaq.

Seçilən
12
fed.az

1Mənbələr