ABŞ Prezidenti Donald Tramp daha çox sərfəli və qarşılıqlı faydalı razılaşmalara üstünlük verir, lakin onun qərar qəbul etməsinə ölkə daxilindəki “dərin dövlət” və demokratlar maneçilik törədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
“Tramp nəticəyə yönəlib. Onun prioritetləri sırasına iqtisadiyyat, kosmos, təbii resursların inkişafı və müasir texnologiya sahələrində qarşılıqlı faydalı layihələr daxildir”, – deyə Lavrov qeyd edib.
Nazirin sözlərinə görə, Rusiya və ABŞ son aylarda Prezident Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında formalaşmış dialoqun davam etdirilməsində maraqlıdırlar və bu istiqamətdə səylər göstərilir.