AZ

Ermənistanda sorğu: Paşinyanın reytinqi 12 faizdir

Ayna saytına istinadən ain.az xəbər verir.

Əhalinin 75 faizi hakimiyyətin siyasətindən narazıdır

Ermənistanın müxalifət qüvvələrinin təşəbbüsü ilə gələn bazar günü parlament seçkiləri keçiriləcəyi təqdirdə vətəndaşların kimə səs verəcəyini müəyyən etmək üçün qapalı sosioloji sorğu keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Sorğunun nəticələri göstərib ki, Baş nazir Nikol Paşinyanın reytinqi 12% təşkil edir.

Avqustun 25-dən 30-dək 1100 respondentin iştirakı ilə keçirilən sorğu göstərib ki, respondentlərin 17,3 faizi hakim “Mülki Müqavilə” Partiyasını, 6,4 faizi isə “Ermənistan” blokunu dəstəkləyəcək.

Eyni zamanda, respondentlərin 75%-i hökumətin fəaliyyətindən narazı olduğunu bildirib.

Reytinqlərdə ikinci yeri təqribən 10% dəstəklə “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan tutur. Ancaq onun qurduğu siyasi qüvvəyə gəlincə, bu rəqəm daha aşağıdır. Ermənistanın ikinci Prezidenti Robert Köçəryan 6 faizlə üçüncü yerdədir.

Digər tanınmış siyasi qüvvələrin, o cümlədən Ermənistan Respublika Partiyası (ERP) və Çiçəklənən Ermənistan Partiyasının reytinqləri 1-1,5% intervalındadır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
ayna.az

1Mənbələr