AZ

19 yaşlı sənətçi 56 milyon gəlir əldə edəcək

ain.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

19 yaşlı sənətçi 56 milyon gəlir əldə edəcək

“Venera-Yupiter” hitinin ifaçısı Vanya Dmitriyenko Moskvada keçiriləcək iki böyük konsertdən 56 milyon rubldan çox gəlir əldə edəcək. 

OLAY yazır ki, bu barədə “Zvezdach” Telegram kanalı məlumat yayıb.

Konsertlər 6 və 7 noyabr tarixlərində, təxminən 14 min tamaşaçı tutumuna malik “Megasport” arenasında baş tutacaq. Biletlərin qiyməti 2 min rubldan 85 min rubla qədər dəyişir.

“Zvezdach”ın məlumatına görə, təşkilatçılar hər konsertdən 28 milyon rubl gəlir gözləyirlər. Beləliklə, iki çıxışın ümumi gəliri 56 milyon rubldan çox olacaq.

Dmitriyenko 2020-ci ildə “Venera-Yupiter” mahnısı ilə məşhurlaşıb. O, həmçinin Forbes jurnalının “30 yaşadək 30 nəfər” reytinqinin laureatı olub.

İyulda müğənni aktrisa Anna Peresild ilə münasibətlərini gizlətməməyi seçib. Onlar Sankt-Peterburqda keçirilən VK Fest festivalında əl-ələ tutaraq görünüblər.

Mediada həmçinin Peresildin Dmitriyenko ilə bir restoranın yanında öpüşdüyü videolar yayılıb. Restoranda isə bir qız öz 16 yaşını qeyd edirmiş. Bununla belə, Nadyejda Streletsə verdiyi müsahibədə Peresild Dmitriyenko ilə münasibətini təsdiqləməyib, amma sənətçi haqqında müsbət fikirlər söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
olay.az

2Mənbələr