15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb. U-15 Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb.
Apasport.az xəbər verir ki, Binə stadionunda təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.
Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu 0:0 hesablı heç-heçə nəticələnib.
“Bavariya”dan növbəti rekord
ÇL-də günün nəticələri: "Bavariya" və PSJ-dən qələbə - YENİLƏNİB
"Barselona"da ciddi itki: YAMAL ÜÇ MATÇI BURAXA BİLƏR
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”