AZ

Həlak olan daha 1000 əsgərin cəsədi Ukraynaya qaytarıldı

Sentyabrın 18-də repatriasiya tədbirləri nəticəsində həlak olmuş daha 1000 döyüşçünün cəsədi Ukraynaya qaytarılıb.

Publika.az xəbər verir ki, bu barədə "Telegram"da Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

"Bu gün repatriasiya tədbirləri baş tutub. Rusiya tərəfinin məlumatına görə, Ukrayna hərbçilərinə məxsus 1000 cəsəd Ukraynaya qaytarılıb", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Ukrayna əsgərlərinin cəsədləri xüsusi təyinatlı dövlət müəssisələrinə aparılaraq Daxili İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarının və Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizası orqanlarının nümayəndələrinə təhvil veriləcək.

Yaxın vaxtlarda hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspertiza müəssisələri ilə birlikdə bütün lazımi ekspertizaları keçirəcək və repatriasiya olunmuş meyitləri müəyyən edəcəklər.

Seçilən
14
publika.az

1Mənbələr