AZ

"Ətin bahalaşmamasının yeganə çıxış yolu…" — AÇIQLAMA

“Azərbaycanda ət məhsullarının bahalaşması son illərdə davam edən kompleks səbəblərlə bağlıdır. İlk növbədə, yem bazarında baş verən qiymət artımı heyvandarlıq məhsullarının maya dəyərini xeyli yüksəldib”.

Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Elçin Məmmədov deyib.

O qeyd edib ki, taxıl, arpa və digər yem komponentlərinin həm idxal asılılığı, həm də daxili bazarda qıtlığı qiymətlərə birbaşa təsir göstərir:

“Bununla yanaşı, yanacaq və nəqliyyat xərclərinin artması da heyvanların saxlanma və bazara çıxarılma qiymətinə əlavə yük yaradır. Digər mühüm amil isə tələbin artmasıdır. Əhalinin gəlirləri əvvəlki illərə nisbətən müəyyən qədər yüksəldikcə, xüsusən də bayram və mövsümi dövrlərdə ətə olan tələbat daha da artır. Bu isə bazarda əlavə təzyiq yaradır. Kənd yerlərində heyvandarlıqla məşğul olan kiçik və orta təsərrüfatların sayında azalma müşahidə olunur. Bu, həm işçi qüvvəsinin miqrasiya ilə azalması, həm də yem və texniki təminat xərclərinin yüksək olması ilə bağlıdır. Ətin bahalaşmasının davam etməsi ehtimalı böyükdür. Xüsusən də yem idxalının qlobal bazarlardakı qiymətlərə bağlı qalması daxili bazarı da dəyişkən saxlayır. Yeganə çıxış yolu heyvandarlıqda məhsuldarlığı artırmaq, yerli yem istehsalını genişləndirmək və idxaldan asılılığı azaltmaqdır. Əks halda, qarşıdakı illərdə həm dana, həm də quzu ətinin qiymətində artım davam edəcək”.


Leyla Turan
Demokrat.az
Seçilən
16
1
demokrat.az

2Mənbələr