AZ

Rusiyaya gedib evləndi, qayınatasını öldürüb Azərbaycana qaçdı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətl törətməkdə təqsirləndirilən İmran Aslanovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Aslanov 13 il azadlıqdan məhrum edilib.

İttihama görə, Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü İ.Aslanov Rusiyanın Snakt-Peterburq şəhərinə işləmək məqsədilə gedib. O, həmin şəhərdə Rusiya vətəndaşı Natalya Fasiylə tanış olub və onunla evlənib.

Bir müddətdən sonra İmranla Natalya arasında mübahisələr yaranıb və qadının ailəsi onları ayırıb. Kamran dəfələrlə Natalya ilə barışmaq istəsə də, ailəsi bununla razı olmayıb. O, buna görə Natalyanı döyüb və ona müxtəlif bədən xəsarətləri yetirib. Natalyanın qardaşı Ruslan bu barədə məlumat alıb və İmranla mübahisə edib. Mübahisə zamanı Ruslan İmranı döyüb və ona hədə-qorxu gəlib.

Hadisədən əsəbiləşən İmran evə gələrək mətbəx bıçağını götürüb Ruslanı öldürmək üçün onlara gedib. O, qapını döyərək Ruslanı və Natalyanı çağırsa da, onlar evdən çıxmayıblar. İmran qapını qırmağa cəhd edərkən, qapını onun qayınatası Aleksey Fasiy açıb və onu sakitləşdirməyə çalışıb. Amma İmran sakitləşməyib və əlində bıçaqla evə soxulmaq istəyib. Aleksey Fasiy və onun həyat yoldaşı bıçağı İmrandan almaq istəsə də, bacarmayıblar. İmran əlindəki bıçaqla Aleksey Fasiyə kürək və qarın nahiyəsindən üç zərbə endirib. Aleksey Fasiyin yerə yıxıldığını görən İmran hadisə barədə Rusiyadakı qohumlarına məlumat verib. O, səhəri gün Rusiyadan qaçaraq Azərbaycana gəlib.

Faktla bağlı Rusiya istintaq orqanlarında cinayət işi başlanıb və İ. Aslanov barəsində beynəlxalq axtarış elan olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Aslanov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb, iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
6
oxu.az

7Mənbələr