AZ

Avropa İttifaqı Moskvaya təzyiqləri artırır...

Avropa Komissiyası sentyabrın 19-u cümə günü Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketini təqdim etməyi planlaşdırır.

Avropa İttifaqının nüfuzlu ölkələrinin Brüsseldəki iki diplomatı anonimlik şərti ilə bu məlumatı Avropa Pravdasının müxbiri ilə bölüşüb.

Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiyalar paketi sentyabrın 19-da təsdiq üçün Avropa İttifaqı Şurasına təqdim edilə bilər.

...Mən bildiyimə görə, 19-cu paket Komissiya tərəfindən sabah, cümə günü Avropa İttifaqı Şurasına təqdim olunacaq.

SİA-nın məlumatına görə, bunu diplomatlardan biri "European Pravda"ya deyib.

Digər diplomat əlavə edib ki, o, sanksiyalar paketinin ictimaiyyətə təqdimatının olub-olmayacağından və ya Avropa Komissiyasının təklifinin ilk olaraq üzv dövlətlər tərəfindən müzakirə edilib-edilməyəcəyindən hələ xəbərsizdir.

Sentyabrın 18-də Brüsseldə jurnalistlərin suallarını cavablandıran Avropa Komissiyasının nümayəndələri yeni sanksiyalar paketinin hazır olması üçün konkret tarixi açıqlamaqdan imtina ediblər, lakin onun tezliklə təqdim ediləcəyini təsdiqləyiblər.

...Biz tezliklə 19-cu sanksiya paketini təqdim etməyi gözləyirik, - deyə baş sözçünün müavini Olof Gill bildirib.

O, yeni paketin məzmunu ilə bağlı əlavə məlumat verməyib.

Əli Babayev

Seçilən
16
1
sia.az

2Mənbələr