AZ

Əks yola çıxan sürücü qarşıdan maşının gəldiyini görərək təhlükə yaratdı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində qayda pozan sürücü avtomobil kamerasına düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 17-də saat 15:57 radələrində qeydə alınıb.

Kadrdan görünür ki, 77-BX-231 dövlət nömrə nişanlı “Renault Megane” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Sıxlıqda gözləmək istəməyən sürücü öncə əks istiqamətli yola çıxıb, qarşıdan gələn nəqliyyat vasitələrini görərək yenidən öz zolağına qayıdıb. Lakin bu zaman o, görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
avtosfer.az

1Mənbələr