AZ

Əks yola çıxan sürücü qarşıdan maşının gəldiyini görərək təhlükə yaratdı- VİDEO

Səbail rayonunun Badamdar qəsəbəsinin sakinləri yollarının yararsız halda olmasından şikayət edirlər. Avtosfer.az-ın məlumatına görə, Oxu.az-a daxil olan müraciətdə bildirilir ki, söhbət qəsəbənin Köndələn küçəsindən (su anbarının yaxınlığından) gedir. "Üç aydır, yolumuz dağılıb, nə asfalt var, nə də avtobus işləyir. Uşaqlar məktəbə palçıqlı yolla getməyə məcburdurlar. İcra hakimiyyətinə dəfələrlə müraciət etmişik, amma heç bir cavab yoxdur", - deyə müraciətdə bildirilir.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən fakt təsdiqlənib. Bildirilib ki, son illər ərzində rayonun müxtəlif ünvanlarında 75 km-dən artıq yola asfalt döşənib. "Bildiririk ki, müraciətdə qeyd olunan ünvana yeni asfalt örtüyünün çəkilməsi ilə bağlı bir müddət əvvəl tərəfimizdən aidiyyəti üzrə rəsmi müraciət olunub və hazırda işlər mərhələli şəkildə davam etdirilir", - deyə məlumatda vurğulanıb.

Seçilən
6
avtosfer.az

1Mənbələr