AZ

Astarada intihar etdiyi deyilən 71 yaşlı qadının qətlə yetirildiyi məlum oldu, şübhəli saxlanıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Astarada qadın qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, hadisə sentyabrın 7-də Astara rayonunun Miki kəndində baş verib.
Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Şahimə Zeynulla qızı Salayevanın meyiti yaşadığı ünvanda tapılıb. İlkin məlumata görə, Ş.Salayeva döşəmədə oturmuş, boğazından örpəyi ilə çarpayıya bağlanmış vəziyyətdə aşkarlanıb. Həmin vaxt qadının intihar etdiyi bildirilirdi.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Ekspertizanın verdiyi rəydən sonra Ş.Salayevanın qətlə yetirildiyi məlum olub.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Şahimə Salayevanı onun qonşusu, 1970-ci il təvəllüdlü Ziba Abidovanın öldürməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ziba Abidova saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma zamanı o da məlum olub ki, qadına məxsus sandıq evdən oğurlanıb. Axtarışlardan sonra sandıq meşəlik ərazidən tapılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Samir Əli
Seçilən
60
oxu.az

1Mənbələr