AZ

ABŞ və NATO müqavilə çərçivəsində Ukraynaya ilk hərbi texnikanı çatdırıb

ABŞ-NATO razılaşması çərçivəsində nəzərdə tutulan hərbi texnikanın ilk partiyası Ukraynaya gəlib.

Editor.az xarici mediaya istinadla bu barədə xəbər verir.

Bildirilib ki, daha çox yardım paketi artıq yoldadır. PURL (Prioritetli Ukrayna Ehtiyaclar Siyahısı) adlı mexanizm çərçivəsində indiyədək dörd paket maliyyələşdirilib.

Bir gün əvvəl “Reuters” öz mənbələrinə istinadən xəbər vermişdi ki, NATO ölkələri tərəfindən verilən ABŞ hərbi texnikasının ilk partiyası Ukraynaya gəlməyə başlayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının Kiyevə Avropa ölkələri tərəfindən maliyyələşdirilən ilk hərbi yardım paketini sentyabrın 16-da təsdiqlənib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr