AZ

“Rusiya və ABŞ Ukrayna ilə bağlı əlavə təmaslar aparacaq” – Lavrov

“Rusiya və ABŞ-ın Ukrayna ilə bağlı əlavə təmasları olacaq”.

Busaat.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz Ankoricdə yollarımızı ayırdıq, ona görə ayrıldıq ki, biz Donald Trampın əsas səbəbləri anlamaq və mövqeyimizi anlamaq əsasında irəli sürdüyü məntiqi qəbul etmişik”, -deyə Rusiya XİN rəhbəri bildirib.

Amerika prezidenti müttəfiq ölkələrlə məsləhətləşəcəyini bildirib. Lavrovun sözlərinə görə, onların nümayəndələri Donald Trampı Ukrayna münaqişəsinin həlli üçün konstruktiv addım atmaqdan çəkindirirlər.

Avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar baş tutub. Ukraynadakı nizamlanma sammitin əsas mövzusu olub.

Donald Tramp Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenski arasında danışıqların tezliklə Amerikanın vasitəçiliyi ilə baş tutacağını bildirib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da öz növbəsində bildirib ki, Moskva hazırda belə bir imkan görmür.

Yeganə

Seçilən
18
busaat.az

1Mənbələr