AZ

Sabirabadda Üzeyir nəğməsi səsləndirilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Sabirabad, 18 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad Rayon Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Diyardan diyara Üzeyir nəğməsi” adlı konsert proqramı təşkil edilib.

Mil-Muğan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan XVII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilib.

Tədbirin rəsmi hissəsində çıxış edənlər Üzeyir Hacıbəylinin zəngin irsinin milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, dahi bəstəkarın əsərləri bu gün də yeni nəslə musiqi zövqü və vətənpərvərlik ruhu aşılayır, milli musiqimizin dünyada tanıdılmasına xidmət edir.

Mil-Muğan bölgəsinin musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri dahi bəstəkarın yaradıcılıq xəzinəsindən nümunələr ifa ediblər. “Koroğlu” operasının uvertürası ilə başlanan konsertdə, “Leyli və Məcnun” operasından səhnələr, “Sevgili canan”, “Sənsiz” romansları, “Qaragöz” mahnısı, “Arşın mal alan” operettasından parçalar və muğam səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
azertag.az

1Mənbələr