AZ

Ermənistanda 12 nəfər qidadan zəhərləndi

BAKI, 18 sentyabr. TELEQRAF

İrəvanda fəaliyyət göstərən "Lav-na Şaurma" iaşə müəssisəsində 12 nəfər qidadan zəhərlənib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Yoluxucu Xəstəliklər Mərkəzi məlumat yayıb.

Bildirilir ki, kəskin bağırsaq infeksiyası diaqnozu ilə 12 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar olaraq Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi müəssisədə yoxlama aparıb. Müayinələr zamanı restoranın gigiyena normalarına ciddi şəkildə əməl etmədiyi müəyyən edilib.

Qeyd edilir ki, aşkarlanan pozuntular səbəbindən müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, sahibkara nöqsanları aradan qaldırmaq üçün müəyyən müddət verilib.

Seçilən
36
teleqraf.com

1Mənbələr