AZ

“Putin məni ruhdan saldı” – Tramp

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı rusiyalı həmkarı Vladimir Putindən məyus olduğunu bildirib.

Busaat.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Trampın sözlərinə görə, ABŞ artıq 7 müharibəni həll edə bilib, lakin o, Putinlə şəxsi münasibətinə görə Ukrayna münaqişəsinin həllini ən asan variant hesab edib.

“Putin məni ruhdan saldı. O, həqiqətən bunu etdi”, – deyə Tramp etiraf edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Tramp administrasiyası Rusiya ilə əlaqələri yaxşılaşdırmaq üçün Ukraynanı gündəmdən çıxarmaq istəyir.

Yeganə

Seçilən
5
3
busaat.az

10Mənbələr