
Avropa Komissiyası (AK) sentyabrın 19-da və ya 22-də rəsmi olaraq Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri diplomatlara istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Avropa Komissiyası bəyan edib ki, növbəti anti-Rusiya sanksiyaları cümə və ya bazar ertəsi gözlənilməlidir.